İşlədiyi “moyka”dan maşın qaçırdı – Saxlanıldı

0
9095
bineqedi-rayon-polis-idaresi

Paytaxtın Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.

Bineqedi.com xəbər verir ki, bu barədə DİN-in mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, zərərçəkən polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi “Hyundai” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B. İsmayılov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini “sürərək qurutmaq” bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Əvvəlki məqaləVaşinqton təxribatı: Azərbaycana düşmən qüvvələrin xəstəliyi niyə residiv verib? – ŞƏRH
Növbəti məqalədəBakıda yeni marşrut xətti istifadəyə verildi – 55 qəpik