Binəqədidə “İki əsgər” adlı tamaşa nümayiş olundu – FOTO

0
9093
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “İki əsgər” adlı tamaşa nümayiş olundu.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, “Xocalı soyqırımını tanıtma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə, orta ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın, Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tamaşanın nümayişindən öncə cıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarların xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Xalqımız 34 ildir ki, bu qanlı cinayətin – Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi.
Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında soyqırım qurbanlarına, xalqımızın başına gətirilən bəlalara, milli azadlıq, müstəqillik uğrunda qəhrəmanlıq göstərən oğul və qızlarımızın əziz xatirəsinə, işğal olunmuş torpaqlarımızın düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızı azad etməsinə və Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin qurbanlarının qisasının alınmasına, xalqımızın Zəfər tarixinə həsr olunmuş “ İki əsgər!” adlı tamaşa izləyicilərdə dərin təəssürat yaratdı.
Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar, kütlə və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və kütlə şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləBinəqədidə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib – FOTO
Növbəti məqalədəElxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO