“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə H.Hüseynov adına 83 № li məktəb-liseydə “Uşaq hüquqlarının müdafiəsi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik və Ayrı seçkilik üzrə monitorinq şöbəsinin müdir müavini-Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva, Binəqədi Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktikası işinin təşkili bölməsinin baş inspektoru, polis mayoru Cəfər Adıgözəlov, 83 № li məktəb-liseyin direktoru Almaz Bayramova, rayon orta ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, uşaq birliyi rəhbərləri iştirak etdilər.
Bineqedi.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Almaz Bayramova qonaqları salamlayaraq uşaq hüquqlarının müdafiəsi mövzusunda rayonun pedaqoyi heyətilə keçirilən görüşün təşkilatçılığına görə dövlət qurumlarına təşəkkürünü bildirdi.
Tədbirin məqsədi iştirakçıların uşaq hüquqlarının müdafiəsi sahəsində biliklərinin artırılması və rayonda uşaq hüquqlarının həyata keçirilməsində mövcud çətinliklərin aradan qaldırılması istiqamətində müzakirələrin aparılmasından ibarət olub.
Tədbirdə çıxış edənlər-Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini- Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, Uşaq hüquqlarının müdafiəsi üzrə rayon Komissiyasının sədri Sevinc Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik və Ayrı seçkilik üzrə monitorinq şöbəsinin müdir müavini-Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Təranə Piriyeva uşaq hüquqlarına dair mövcud qanunvericilik aktları, institusional sistem və müdafiə mexanizmləri, bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının, yerli icra hakimiyyəti orqanlarının vəzifələri barədə geniş məlumat verdilər.
Diskussiya formatında keçən tədbir məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin, məktəb psixoloqlarının çıxışları ilə davam etdi, uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud çatışmazlıqlar və onların həlli yolları üzrə müzakirələr aparıldı.





















