Adları “Qızıl kitab”a yazılmış gənc istedadlara – Xüsusi təqaüdlər veriləcək

0
10983
prezident-serencam-ilham-eliyev

Azərbaycan Prezidenti İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

Bineqedi.com xəbər verir ki, Sərəncama əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 61 847 manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əvvəlki məqalə“Kənddən Şəhərə” Novruz yarmarkaları başlayır