Azərbaycanın göndərdiyi humanitar yardımı daşıyan yük maşınları İrana keçdi – VİDEO – FOTO

0
9093

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım artıq İran ərazisindədir.

Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycandan İran İslam Respublikasına göndərilən humanitar yardımı daşıyan yük maşınları Astara dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkənin ərazisinə daxil olub.

***

Azərbaycandan İran İslam Respublikasına göndərilən humanitar yardım Astara dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

Humanitar yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə sərhəd buraxılış məntəqəsinə gətirilib.

Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsulları, o cümlədən 10 ton un, 6 ton düyü, 2.4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

Hazırda humanitar yardım yüklənmiş avtomobillər Astara dövlət sərhədindən buraxılış məntəqəsindən yola salınır.

Qeyd edək ki, humanitar yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə təşkil olunub.

Azərbaycanın göndərdiyi humanitar yardımı daşıyan yük maşınları İrana keçdi - VİDEO - FOTO

Əvvəlki məqalə90 faizi Qərbi azərbaycanlı olan məhəllə: Bakının ən köhnə ərazilərindən birində həyat necədir?
Növbəti məqalədəDünənki imtahanda suallar çətin olub? – DİM-dən açıqlama