Bakıda sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü – ANBAAN VİDEO

0
9094
bineqedi-yol-temiri-baksol-temir

Bakı şəhəri, Binəqədi rayonunda betonqarışdıran avtomobil asfalt örtüyünə ziyan vurub.

Bineqedi.com xəbər verir ki, sözügedən məsələ təhlükəsizlik kameraları və vətəndaşlar tərəfindən mobil telefon vasitəsilə qeydə alınıb.

Görüntülərdə “Baksol yolu” deyilən ərazidən keçən 77-XS-192 nömrə nişanlı betonqarışdıran maşından asfalt örtüyünə beton dağılması, sürücünün buna baxmayaraq, nəqliyyat vasitəsini saxlamaması əks olunub.

 

 

Vətəndaşların sözlərinə görə, bu hal baş verdikdən sonra asfalt örtüyü yararsız vəziyyətə düşür.

Sözügedən vəziyyət sakinlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.

Əvvəlki məqaləBinəqədidə iftar süfrəsi açıldı – Foto
Növbəti məqalədəMəktəblilərə məişət zorakılığı ilə mübarizə yolları barədə məlumat verilib