Binəqədi rayonunda genişmiqyaslı iməclik keçirilib – Foto

0
9095
Bakı şəhərinə bir neçə gün ərzində yağan şiddətli yağışlardan sonra onun fəsadlarının aradan qaldırılması və sanitar-təmizlik səviyyəsinin lazımı səviyyəyə çatdırılması məqsədilə paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirmək, qulluq göstərmək məqsədilə növbəti ümumrayon iməciliyi keçirildi.
Bineqedi.com-a verilən məlumata görə, Rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin, idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iməclikdə ərazidə təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi həyata keçirilmişdir. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarılmış, səliqə-səhman işləri aparılmışdır.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.
Bir qolf şəkili ola bilər
Bir ot və ağac şəkili ola bilər
Bir su kütləsi şəkili ola bilər
Bir yol şəkili ola bilər
Bir parklama avtomatı, küçə və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, avtomobil, parklama avtomatı, küçə, yol və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, yol və küçə şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləAzərbaycanda kalsinasiya və anodbişirmə zavodu inşa ediləcək
Növbəti məqalədəBinəqədidə obyektdə partlayış – Yaralı var+Video