Binəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi böyük ehtiramla yad edildi

0
10993
Binəqədi rayonunda əməkdar elm xadimi, tibb elmləri doktoru, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi rayon ictimaiyyəti tərəfindən böyük ehtiramla yad edildi.
Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, müavin-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Aygün Məmmədbəyli, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin, idarə və təşkilatların rəhbərləri və əməkdaşları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adına istirahət parkında ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular. Yaddaşlarda gözəl alim, nəcib, qayğıkeş insan, böyük ziyalı kimi əbədiləşən Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edildi.
Bir abidə şəkili ola bilər
Bir toy şəkili ola bilər
Bir abidə şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləHərbi qeydiyyatla bağlı yeni qaydalar TƏSDİQLƏNDİ