Paytaxtın abad məhəllələrində basketbol yarışları keçirilib – Foto

0
9095

Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan paytaxt rayonlarını əhatə edən məhəllələrarası basketbol turniri keçirilir.

Bineqedi.com xəbər verir ki, bu yarışların əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmana cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki stadionlarda təşkil edilən 3×3 basketbol yarışlarında ümumilikdə 500-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edir.

Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının müvafiq qaydada təsdiq edilmiş Texniki reqlamentinə əsasən olimpiya sistemi üzrə keçirilir. Turnirin birinci mərhələsi aprelin 30-na kimi davam edəcək və mayın 4-5-də final oyunları ilə yarışlara yekun vurulacaq.

Yarışların qalibləri kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.




Əvvəlki məqaləAzərbaycan Prezidenti: “Bu gün ağsaqqallarımız ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər”
Növbəti məqalədəBu şəxslərə birdəfəlik maddi yardım veriləcək – 2750 manat