Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub – FOTO

0
9092
bineqedi-rayon-icra-hakimiyyeti

Binəqədi Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Bineqedi.com xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev sərəncam imzalayıb.

Sərəncamla Vüsal Əliyev Aparatın Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdir müavini – Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyin edilib.

Vüsal Fikrət oğlu Əliyev Naxçıvan MR-in Ordubad şəhərində anadan olmuşdur.
1996-cı ildə Nizami rayonu 289 saylı “Zəngi” liseyini bitirib, 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə magistratura pillələrində təhsil almışdır. 2002-2005-ci illərdə aspiranturada təhsil almış, “iqtisad elmləri namizədi” (iqtisad üzrə fəlsəfə doktoru) alimlik dərəcəsinə yiyələnmişdir.
1998-ci ildən Azərbaycan Respublikasının Auditorlar Palatasında müxtəlif vəzifələrdə, 07.01.-03.11.2008-ci illərdə Auditorlar Palatasında Xarici əlaqələr şöbəsinin müdiri, 2008-2021-cu illərdə “Aztelekom” İB-nin Saatlı TQK-nın rəisi, Abşeron TQK-nın rəis müavini, 2021-2026-cı illərdə “Bakı Telefon Rabitəsi” MMC-nin 6 saylı RXM-də rəis müavini vəzifələrində çalışmışdır.
Ailəlidir, iki övladı var

Xatırladaq ki, daha əvvəl bu vəzifədə İskəndər Cahangir-zadə çalışıb və o, bir müddət əvvəl vəzifəsindən azad edilib.

 

İcra başçısı yeni sektor müdiri təyin etdi - FOTO

Əvvəlki məqaləXarici ölkə vətəndaşlığı qəbul etmiş şəxs əsgərliyə çağırılır?