“Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır”.
Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində deyib.
“Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.

“Düşünürəm ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq”.
Bu sözləri Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Təəssüf ki, işğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışını təmin etmişik”.
“Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir”.
Bu barədə Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bildirib.
Bəzilərinin yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bildiyini söyləyən dövlətimizin başçısı qeyd edib:
“Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir”.
“Azərbaycanda gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılmasını elan edəcəyik”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına verdiyi müsahibədə deyib.
“Xoşbəxtlikdən biz boru kəməri infrastrukturu və hasilat sahəsində ev tapşırığımızı vaxtında həyata keçirmişik. Hazırda istehsal səviyyəsi artmaqdadır. Tezliklə, yəqin ki, gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik. Burada qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mövcuddur. Bizim premium bazara ehtiyacımız var, o da Avropadır. Avropanın isə Azərbaycan kimi alternativ təchizat mənbəyinə ehtiyacı var. Beləliklə, biz səylərimizi birləşdirdik və Avropa Komissiyası ilə çox səmərəli əməkdaşlıq qurduq”, – dövlət başçısı vurğulayıb.

















