Bakı-Tbilisi qatarının qiyməti açıqlandı – Rəsmi

0
9093
xankendi-demiryol-xetti

Bakı–Tbilisi–Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə səyahət tarifləri Bakı–Tbilisi 81 AZN-dən, Yevlax–Tbilisi 67 AZN-dən, Gəncə–Tbilisi: 62 AZN-dən, Ağstafa–Tbilisi: 57 AZN-dən, Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Rəqəmsal inkişaf departamentinin əməkdaşları Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin (GDY) əməkdaşlarına təlim keçir.

Bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, praktik təlimdə məqsəd iki ölkənin bilet satış sistemini tam inteqrasiya etmək, kassa əməliyyatlarının qarşılıqlı izlənilməsini təmin etmək və əməliyyat proseslərini uyğunlaşdırmaqdır.

Təlim çərçivəsində həmçinin biletin yoxlanılması, qeydiyyatı və reyestrə salınması üzrə əməliyyatlar test ediləcək.

ADY və GDY üzrə bilet sistemlərinin tam inteqrasiyası başa çatanadək Gürcüstan tərəfi ADY-nin proqram təminatından istifadə etməklə bilet satışını həyata keçirəcək. Bu, vahid satış və qeydiyyat prosesinin qurulmasına imkan verəcək, Gürcüstan kassaları ADY platformasında real vaxt rejimində görünəcək.

Qeyd edilib ki, Gürcüstan Dəmir Yollarının hərəkət tərkibi ilə bağlı müəyyən çətinlikləri nəzərə alınaraq vaqonlar Tbilisiyə qədər ADY-yə məxsus lokomotivlə daşınacaq. Yəni ilkin mərhələdə daşımalar bütün marşrut boyu ADY-yə məxsus hərəkət tərkibi və lokomotivlərlə həyata keçiriləcək.

Əvvəlki məqaləBu quruma yeni səlahiyyət verildi – Fərman