Bu quruma yeni səlahiyyət verildi – Fərman

0
9088

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərini, İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təsdiq edəcək.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən yeni tariflər təsdiq edilənədək onun göstərdiyi xidmətlərin mövcud tarifləri öz hüquqi qüvvəsini saxlayır.

Nazirlər Kabineti Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb təqdim etməlidir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti göstərdiyi xidmətlərin tariflərini dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

***

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Bayramov Elnur Üzeyir oğlu;

Bayramov Rasim Əhməd oğlu;

Əzizov Əziz Məhəmməd oğlu;

Həsənov Ramiz Qaroğlan oğlu;

Qurbanov Azər Tengiz oğlu;

Musayeva Şəhla Ziyəddin qızı;

Osmanov Çingiz Məsim oğlu;

Şirinov Namiq Paşa oğlu;

Şirinova Mehriban Ramiz qızı.

Əvvəlki məqaləİyul çağırışçıları və ehtiyata buraxılan əsgərlərlə bağlı – Sərəncam
Növbəti məqalədəBakı-Tbilisi qatarının qiyməti açıqlandı – Rəsmi