İcra başçısı Binəqədi qəsəbəsində sakinlərlə görüşdü – Problemlər həll olunur

0
47

Binəqədi qəsəbəsi ərazisində yerləşən 179 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, YAP Binəqədi Rayon Təşkilatının sədri, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

bineqedi-seyyar-qebul1
RİH başçısı çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin dövlət qurumlarının rəhbərlərinə verdiyi tapşırıqların icrası məqsədi ilə sakinlərlə onların yaşadıqları ərazidə səyyar görüşlər mütəmadi olaraq təşkil edilir.

Hazırki dövrdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş “Qəsəbə aylığı” çərçivəsində növbəti səyyar görüş Binəqədi qəsəbəsində keçirilir. Bu görüşlərin keçirilməsində məqsəd sakinləri narahat edən problemlərlə yerində tanış olmaq və səlahiyyətlər çərçivəsində onları həll etməkdən ibarətdir.


Sonra sakinlər yaşadıqları ərazidə küçələrin işıqlandırılması, qaz təchizatının yaxşılaşdırılması, asfalt örtüyün çəkilməsi və s. məsələlərlə bağlı müraciət ediblər.
RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qeyd edib ki, rayonun su-kanalizasiya şəbəkəsində və yolların asfalt örtüyünün yenilənməsi istiqamətində mövcud problemlərin kompleks şəkildə həlli nəzərdə tutulur. Hazırda isə qəsəbə ərazisinin işıqlandırıması istiqamətində işlər görülür.
RİH bildirib ki, qəsəbə ərazisindən məişət tullantılarının vaxtında daşınmasına nəzarət təmin olunur. Bununla yanaşı, sakinlərə müraciət edərək, onlar tərəfindən yaşadıqları ərazidə abadlıq və təmizlik işlərinin qorunmasına nəzarətin təmin olunmasını xahiş edib.
Daha sonra RİH başçısı sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.

bineqedi-seyyar-qebul

Əvvəlki məqaləBinəqədidə Qarabağ əlilləri və veteranlar bir arada – Hesabat yığıncağı
Növbəti məqalədəBinəqədili məktəbli – Reyhan Camalova Türkiyədə yeni mükafata layiq görülüb