Binəqədidə Qarabağ əlilləri və veteranlar bir arada – Hesabat yığıncağı

0
49
qarabag-ictimai-birlik

YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri (QMƏVŞA) ictimai birliyinin Binəqədi rayon filialının hesabat yığıncağı keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, yığıncaqdan əvvəl Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, Milli qəhrəmanların və Aprel şəhidlərinin əziz xatirəsi anılıb.
Yığıncaqda Binəqədi RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, QMƏVŞA ictimai birliyinin Binəqədi rayon filialının sədri İlham Qayıbzadə, təşkilat rəhbərləri və biriliyin üzvləri iştirak ediblər. Tədbiri açılış nitqi ilə başlayan birliyin sədri İlham Qayıbzadə gündəlikdəki məsələləri elan etdikdən sonra hesabat nitqi ilə çıxış edərək, cari il ərzində görülmüş işlər barəsində məlumat verib. Daha sonra çıxış ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı təşkilat rəhbərləri və üzvlər fikirlərini bölüşüblər. Müzakirələrdən sonra hesabat səsə qoyulub və qəbul olunub.
Sonda çıxış edən müdir müavini Şəmsi Gülverdiyev təşkilatın fəaliyyəti barədə nitq söyləyib. O qeyd edib ki, cari il təşkilat üçün məhsuldar il olub. Qarabağ qaziləri cəmiyyətimizin baş tacıdır. Döyüş yolu keçmiş hər bir vətəəndaşımız bizim qürurumuz, gənclər üçün vətənpərvərlik nümunəsidir.
Qarabağ müharibəsi əlilləri təşkilatının növbəti hesabatının Dağlıq Qarabağda keçirilməsi arzulanıb və sonda xatirə şəkli çəkdirilib.qarabag-ictimai-birlik1

Əvvəlki məqaləDekabrın 5-də Binəqədidə ağacəkmə aksiyası keçiriləcək
Növbəti məqalədəİcra başçısı Binəqədi qəsəbəsində sakinlərlə görüşdü – Problemlər həll olunur