Elxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
10992
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 7-ci mikroayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Kunanbayev küçəsi 5/13 saylı binanın qarşısında Azəristilik tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, S.S.Axundov küçəsi 15/1 saylı binanın həyətində işıq dirəyində lampaların dəyişdirilməsi, S.S.Axundov küçəsində (TÜRKPA-nın qarşısı) kanalizasiya xəttinin təmir edilməsi, S.S.Axundov küçəsi 13/37 saylı binanın həyətində qurumuş ağacın kəsilməsi, A.Kunanbayev küçəsində (Araz marketin və Neyromed klinikasının yanı) ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, S.S.Axundov küçəsi 5 saylı binanın II girişində zirzəmiyə axan çirkab suların çəkilməsi, A.Kunanbayev küçəsi 3 saylı binanın qarşısında ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və kütlə şəkili ola bilər
Əvvəlki məqaləPrezident Administrasiyasında vətəndaş qəbulunun iyun – Cədvəli