Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda rayon müşavirəsi keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi Rəşad Quliyev, Binəqədi rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi Emil Hüseynov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin böyük inspektoru,mayor Vasif Məmmədov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kapitanı Sənan Cəfərov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kapitanı Bəxtiyar Əsədov, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kapitanı Nəsrəddin Əliyev, Respublika Təxirəsalınmaz Təcili Tibbi Yardım stansiyasının 1 saylı bölməsinin böyük həkimi Salman Əliyev, Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Vəli Əliyev, Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Binəqədi rayonunda yerləşən bələdiyyələrin, Binəqədi rayonunda yerləşən idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak etdilər.
Müşavirə zamanı natiqlər “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər” barədə, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi” sahəsində planlaşdırılan tədbirlər, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti”, “Çimərliklərdə asayişin təmin olunması istiqamətində planlaşdırılan tədbirlər” mövzularında çıxışlar etdilər.
Sonda Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov və Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev tədbirin əhəmiyyətindən danışaraq müşavirənin yekunlarını diqqətə çatdırıblar.





















