Bakı Enerji Həftəsi çərçivəsində ilk dəfə ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək

0
9093
baki-park-yasilliq-mese-baku.png

İyunun 2-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə, ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq, Bakı Enerji Həftəsi çərçivəsində ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə report-a Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, tədbirin məqsədi regional bağlantılar, ticarət, sənaye, tranzit, enerji təhlükəsizliyi, investisiya, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsidir.

Dialoq çərçivəsində ABŞ və Azərbaycan biznes icmalarının iştirakı ilə xüsusi sessiya təşkil olunacaq. Sessiya zamanı bir sıra əməkdaşlıq sənədlərinin və kommersiya müqavilələrinin imzalanması nəzərdə tutulur.

Əvvəlki məqaləBəzi ailələrə hər ay 500-650 manat ödənilir
Növbəti məqalədəDövlət-özəl tərəfdaşlığı: Aqrar sektorun inkişafında yeni mərhələ – TƏHLİL