80-ci illərdə tikilmiş körpünün yerində yenisi inşa olunur – Video

0
10993
tikinti-quruculuq-qarabag-is-yeri-vakansiya

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni körpünün inşasına start verilib.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.

Qeyd olunub ki, 1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb.

İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.

Əvvəlki məqaləPrezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında – Foto
Növbəti məqalədəAzərbaycanda yeni dövlət rüsumları müəyyənləşir