“Son zəng”lə bağlı maşın icarə verənlərə – Xəbərdarlıq

0
9092

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi​ “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib.

Bineqedi.com xəbər verir ki qurumdan bildirilib ki, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir. Nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.

DYP qeyd olunanları nəzərə alaraq, avtomobil icarəsi şirkətlərindən xahiş edir ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və nəqliyyat vasitəsini idarə etmək hüququna xüsusi diqqət yetirsinlər. Ən əsası “Son zəng” tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim etməsinlər.

Qeyd olunur ki, belə hal aşkarlandığı təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Əvvəlki məqaləPensiya və maaşları istənilən bankdan almaq mümkün olacaq
Növbəti məqalədəAzərbaycanda bu şəxslər hərbi xidmətə çağırılmır – Yeni qaydalar