İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” işləməyəcək

0
9100
asan-xidmet-asan-kommunal

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində vətəndaşlara xidmət göstərilməyəcək.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 15-i qeyri-iş günü olduğundan mərkəzlərin fəaliyyəti dayandırılacaq.

Qeyd olunub ki, iyunun 16-dan etibarən vətəndaşlar yenidən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edərək müvafiq xidmətlərdən yararlana biləcəklər.

Əvvəlki məqaləMaşından 120 min dollar oğurlayanlar saxlanıldı – Video
Növbəti məqalədəAzərbaycanda yeni cərimələr müəyyənləşir – Parlament təsdiqlədi