Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirilib – FOTO

0
9094
Binəqədi Rayon İcra Hakimiyyəti və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə 17 İyun–Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr olunmuş tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Binəqədi Tibb Mərkəzinin direktoru Müşfiq Mirzəyev, 20 № li Uşaq Poliklinikasının baş həkimi Qabil Qədimov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, sektorun baş məsləhətçisi Elnur Məmmədov, rayon ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin məsul əməkdaşları iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin direktoru Müşfiq Mirzəyev qonaqları salamlayaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etdi və həmkarları adından tibb müəssisələrində yaradılan şəraitə və səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova tibb işçilərini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər bir sahəyə olduğu kumi səhiyyə sahəsinə olan xüsusi diqqət və qayğısının nəticəsində 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə imzalanan 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə təbrik edərək, qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar, milli səhiyyə sistemimizin sürətlə müasirləşirməsi, vətəndaşlarımızın dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanması əhalinin sağlamlığının etibarlı təminatına xidmət edir. Müasir tibb mərkəzlərinin açılması, köhnə tibb ocaqlarının yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunması, səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyənin ən çətin problemlərinin həlli istiqamətində icra edilən proqramlar əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır.
Tədbirin sonunda bir qrup tibb işçisi Fəxri fərman və hədiyyələr ilə təltif olundular.
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və xəstəxana şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, xəbər otağı və mətn şəkili ola bilər
Əvvəlki məqaləRevanşistlərin iflası – Köçəryan və Tsarukyanın qaçış planı – ŞƏRH