Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

0
9881
manat

Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.

Bineqedi.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Diplomatik xidmət haqqında” qanuna əlavə edilən yeni – 30.1.14-cü maddədə əksini tapıb.

Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.

***

Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Diplomatik xidmət haqqında” qanuna əlavə edilən yeni – 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb.

Qanuna əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.

Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.

Əvvəlki məqaləPrezidentdən məktəbəqədər təhsillə bağlı – Fərman
Növbəti məqalədəMoped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq