Bir kənddən 7 şəhid – Prezident hamısını təltif etdi

0
9880

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçilərini təltif edib.

Bineqedi.com qafqazinfo-ya istinadən xəbər verir ki, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan şəhidlər arasında Biləsuvarın Çaylı kəndinin şəhidləri də yer alıb.

Sözügedən kənd 44 günlük Vətən Müharibəsində 7 şəhid verib.

Prezidentin bir kənddən təltif etdiyi şəhidlərin adlarını təqdim edirik:

Babayev Elməddin Cəfərqulu oğlu – gizir

Məmişli Sahil Ağaverdi oğlu – gizir

Qəniyev Cahid Şaiq oğlu – gizir

Kərimov Elvin Mürşüd oğlu – kiçik çavuş

Əliyev Amid İlhamoviç – əsgər

Məmmədzadə Kamran Fizuli oğlu – əsgər

Allahverdiyev Elnur Kamil oğlu–əsgər

Əvvəlki məqaləAzərbaycan Ordusunun 108 yaşı: Bakının küçələri hərbi yürüşlərlə əks-səda verir – FOTO