Bakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu

0
10092

Bakıda qəbiristanlıqda insident törədən kişi həbs edilib.

Bineqedi.com Lent.az-a istinadla xəbər verir ki, hadisə Qaradağ rayonunun Müşfiqabad qəbiristanlığında qeydə alınıb.

56 yaşlı Abbas Xəlilov (şərti adla) sərxoş halda işlədiyi qəbiristanlığa gəlib. Burada naməlum səbəbdən mollanı və ətrafda olan insanları söyüb. Ərazidə xidmətdə olan polis əməkdaşları ona irad bildirib hərəkətini dayandırmağı istəsələr də, Abbas qanuni tələbə məhəl qoymayaraq, əməlinə davam edib.

Nəticədə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə A.Xəlilov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Əvvəlki məqaləAzərbaycanda 20-yə yaxın yeni hərbi infrastruktur istifadəyə verildi – FOTO – VİDEO
Növbəti məqalədəDövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası ilə bağlı YENİLİK