Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası ilə bağlı YENİLİK

0
9091

“Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”da dəyişiklik edilib.

Bineqedi.com President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliklə dövlət proqramının 6.5-ci bəndi aşağıdakı redaksiyada verilir:

“Dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 manatdan yuxarı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi (əsas vəsaitlərin eyni dövlət qurumunun tabeliyindəki dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi halı istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar, o cümlədən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 86-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəmələrinin maliyyə və digər maddi-texniki təminatı ilə bağlı məsələləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin həll etdiyi hallar istisna olmaqla, Dövlət Xidmətinin rəyi alındıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul olunan qərarlar əsasında həyata keçirilir. Dövlət mülkiyyətində olan və vahidinin (dəstinin) ilkin dəyəri 5000 manat və ondan aşağı olan əsas vəsaitlərin ayrı-ayrı dövlət orqanları və dövlət mülkiyyətində olan hüquqi şəxslər arasında bir-birinə verilməsi Dövlət Xidmətinin yazılı razılığı alındıqdan sonra həmin dövlət orqanlarının və dövlət mülkiyyətində olan hüquqi şəxslərin qərarları əsasında həyata keçirilir”.

Əvvəlki məqaləBakıda qəbiristanlıqda İNSİDENT: Mollanı söydü, həbs olundu