Həmin kameralar radar deyil – DİN-dən AÇIQLAMA

0
9092
yol

Bakıda bəzi radarların yeri dəyişdirilməsi ilə bağlı iddia yayılıb.

Bineqedi.com  xəbər verir ki, iddia edilir ki, bu radarlara düşüb cərimələnənlər də var. Əvvəlki radarlar əks istiqamətdən çəkirdisə, hazırda eyni istiqamətdən çəkir, yəni hərəkət istiqamətinə doğru yönəlib.Yayılan məlumatlara görə, istiqamətin dəyişdirilməsində əsas məqsəd motosikletlərin müəyyənləndirilməsi idi. Çünki onların nömrələri arxa hissədə olduğu üçün radarlar onları müəyyənləşdirməkdə çətinlik çəkirdi.

Məsələ ilə bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, görüntülərdə əks olunan qurğu sürət ölçən cihaz deyil. Sözügedən elektron cihaz yollarda nəqliyyat vasitələrinin hərəkət intensivliyinin ölçülməsi və nəqliyyat axınının monitorinqi məqsədilə istifadə olunur.

Cihaz vasitəsilə nəqliyyat vasitələrinin hərəkət intensivliyi ilə bağlı məlumatlar toplanılır və bu məlumatlar yol hərəkətinin təşkili, nəqliyyat axınının təhlili və idarə olunması prosesində istifadə edilir.

Qeyd olunan qurğunun inzibati xəta barədə elektron protokol tətbiq etmək funksiyası yoxdur.

***

“Beton yol” kimi tanınan Zığ-Hövsan-Hava limanı yolunda yeni texniki vasitələr quraşdırılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, yolda yeni quraşdırılan radarlar digərlərindən fərqli olaraq avtomobili ön tərəfdən deyil, arxadan çəkir. Bu səbəbdən sürücülər ilk başda radarları görə bilmirlər və ərazidən sürətlə keçirlər.

Sürücülərdən yol hərəkəti qaydalarına ciddi əməl etmələri tələb olunub və sürət həddinə diqqət etmələri tövsiyə edilib.

Əvvəlki məqalə“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik…” – Video
Növbəti məqalədəBinəqədinin qəhrəman oğlu – şəhid polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlu