Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının I müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 61 saylı ünvanda aşma təhlükəsi olan olan quru şam ağacının götürülməsi, A.Məmmədov küçəsi 119 saylı ünvanda yerləşən parkın işıqlandırması, M.Cəlal 41 saylı ünvanda ABAD həyətdə ağaclara aqrotexniki qulluğun göstərilməsi və şam ağaclarının gövdəsinin budanması, M.Cəlal küçəsi 31, 21 və 33 saylı ünvanlarda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 49 və 283 saylı bağçaların ətrafında sahibsiz küçə heyvanlarının ərazidən götürülməsi, M.Cəlal küçəsi 35 və 21 saylı ünvanlarda oturacaqların yerləşdirilməsi, Ü.Hacıbəyov küçəsi 2/10 və İ. Həşimov küçəsi 205b, həmçinin ətraf yaşayış binalarda qazın təzyiqinin zəif olması, M.Cəlal küçəsi 35 və 27 saylı ünvanlarda məhəllə daxili parkın salınması, S.Məmmədova küçəsi 203b saylı ünvanlarda ağacın budanması, Azadlıq prospekti 200 saylı ünvanda yağış sularının mənzillərə daxil olmasının aradan qaldırılmasına köməklik göstərilməsi ilə əlaqədar müraciətləri əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
























