Paytaxtda keçirilən ümumşəhər iməciliyi çərçivəsində Binəqədi rayonunda da ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə növbəti ümumrayon iməciliyi keçirildi.
Bineqedi.com xəbər verir ki, rayonun kommunal təsərrüfat birlikləri, idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə keçirilən növbəti iməclikdə ərazidə təmizlik işləri aparıldı, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyuldu, park və yaşıllıq ərazilərində oturacaqlar təmir olunaraq rəngləndi, qurumuş ot kolları biçildi, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görüldü. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarıldı, səliqə-səhman işləri aparıldı.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.


























