Xocəsəndə dörd gündür su yoxdur: Sakinlər çarəsiz qalıblar – VİDEO

0
8772
su olmayacaq

Binəqədi rayonunun Xocəsən qəsəbəsində dörd gündür su problemi yaşanır.

Qəsəbə sakinlərinin sözlərinə görə, əraziyə içməli su verilmir, onlar yalnız bulaqdan su götürərək ehtiyaclarını çətinliklə təmin edirlər.

Şikayətçilər Baku TV-yə bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problemin həlli istiqamətində hər hansı addım atılmayıb:

“Dörd gündür ərazimizə içməli su verilmir. Dəfələrlə “Azərsu”ya müraciət etsək də, bizə rəsmi və dəqiq məlumat verilməyib”.

 

 

Əvvəlki məqaləBiləcəridə ağacları kəsdilər: Təbiətə 39 min manatdan çox ZİYAN DƏYİB
Növbəti məqalədəElxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO