Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR – FOTO

0
9094
motosikl

Sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində gecə saatlarında motosikletlə hərəkət edən şəxslərin səs-küy yaratması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat verib.

“Araşdırmalarla əməli törədən üç yeniyetmə müəyyən edilərək saxlanılıb. Onlar valideynləri ilə birlikdə polisə dəvət olunublar, profilaktik söhbətlər aparılıb, müvafiq izahatlar alınıb.

Motoxuliqanlıq edən yeniyetmələr SAXLANILDILAR - FOTO

Motosikletlər mühafizə olunan duracağa yerləşdirilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bakı şəhər DYPİ valideynlərə çağırış edir ki, övladlarınızın asudə vaxtına, davranışlarına və idarə etdikləri nəqliyyat vasitələrinə nəzarəti gücləndirin. Yeniyetmələrə yol hərəkəti qaydalarına əməl etməyin, ictimai asayişi pozmamağın və gecə saatlarında sakinlərin dincliyini nəzərə almağın vacibliyini izah edin. Yeniyetmələrin təhlükəsizliyi ailə və cəmiyyətin birgə məsuliyyətidir”.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO
Növbəti məqalədəBinəqədidə Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub