Binəqədidə Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu – FOTO

0
9091
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi Rayon Prokurorluğunun inzibati binasında 1 Oktyabr-Prokurorluq İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Vüsalə Eyvazova və Rayon Prokurorluğunun əməkdaşları iştirak etdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova çıxışında Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 108-ci ildönümü münasibətilə prokurorluğun əməkdaşlarını təbrik edərək, prokurorluq orqanlarının formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qanunvericilik islahatları nəticəsində ölkəmizdə insan hüquqlarının hərtərəfli bərqərar olmasının təmin edildiyini qeyd etdi. Prokurorluq əməkdaşlarına dövlətimizin tərəqqisi naminə şərəfli xidməti fəaliyyətlərində uğurlar arzu etdi.
Tədbirdə çıxış edən Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov prokurorluq əməkdaşlarının dövlət qarşısında daşıdıqları məsuliyyətin önəmini qeyd edərək, onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.
Sonda Rayon Prokurorluğunun bir qrup əməkdaşına Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.
Şəkilin açıqlaması yoxdur.
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO
Növbəti məqalədəBinəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir – FOTO