Prezident İlham Əliyev: “Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”

0
10992

“Biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir”.

Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı səsləndirib.

“Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”, – deyə dövlətimizin başçısı əlavə edib.

“Heç vaxt hansısa ölkəyə qarşı iküzlülük, riyakarlıq göstərməmişik”.

“Halbuki belə münasibətlərlə dəfələrlə üzləşmişdik və bu gün də üzləşirik”, – deyən dövlətimizin başçısı qeyd edib ki, amma biz heç vaxt onlar kimi ola bilmərik.

Prezident, həmçinin vurğulayıb: “Biz özümüzə hörmət edən insanlarıq, biz ləyaqətlə yaşayırıq, siyasətimizi də ləyaqətlə aparırıq. Bizim timsalımızda hər kəs görə bilər ki, bu mümkündür”.

“Hamı yaxşı bilir ki, İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq”.

Dövlətimizin başçısı vurğulayıb ki, bizim həm tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız buna şərait yaradır.

“Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır”.

Bizim şanlı Zəfər qazandığımızı, bu gün Azərbaycanla Ermənistan arasında münaqişənin olmadığını və digər amilləri sadalayan dövlətimizin başçısı bunun (hərbi gücümüzün artırılması – red.) nə üçün lazım olduğuna aydınlıq gətirərək qeyd edib: “Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib”.

“Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır”.

Dövlətimizin başçısı vurğulayıb: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”.

Əvvəlki məqaləBinəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir – FOTO