Binəqədinin icra başçısı Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
10992
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbəsi sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 20 Yanvar küçəsində kanalizasiya xəttinin bərpa edilməsi, Sahil küçəsi, döngə 1 ünvanında kanalizasiya xəttinin bərpası, Xətai və Ruslan Allahverdiyev küçələrində avtomobillərin surətinin tənzimlənməsi üçün nişanların (radar) quraşdırılması, Xətai küçəsinin işıqlandırılması və Turan Yurdu küçəsinə asfalt örtüyünün çəkilməsi, Çiçək qəsəbəsi və Qəhrəmanlar küçəsində kanalizasiya lyukunun ətrafında çökən asfaltın bərpası, Elçin Əzizov küçəsində yeni tikilən məktəbin fəaliyyətə başlaması, Anadolu küçəsi, döngə 3 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacının çəkilməsi, Vətən küçəsi III döngəyə asfalt örtüyünün çəkilməsi, Ruslan Allahverdiyev küçəsində suyun təzyiqinin artırılması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və kostyum şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Əvvəlki məqaləPrezident İlham Əliyev: “Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”