“TƏBİB-in sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir” – Video

0
8911

Artıq 2 gündür xəstəxanalarda TƏBİB-in sistemində problem yaranması ilə bağlı iddia yayılıb. 

Bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya İnstitutunda sistemin işləməməsi ucbatından saatlarla uzanan növbə yaranıb: “Artıq ikinci gündür ki, TƏBİB-in sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı…”

Problemlə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.qafqazinfo.az

Əvvəlki məqaləDuracaq və qarajlarla bağlı – Dəyişiklik
Növbəti məqalədəBu şəxslərin pensiyası daha çox artacaq