Binəqədidə şəhidin məzarı ziyarət olunub – FOTO

0
10991
Əzizov Elçin Əvəz oğlu 1985-ci il mart ayının 31-i anadan olub. Məktəbi bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinə qəbul olub. 2002-ci ildə atasının vəfatından sonra Elçin, bacısı və qardaşı ilə birlikdə 1998-ci ildən Nizami rayonunda yerləşən Azərsutikinti xəstəxanasının yataqxanasında məskunlaşmışdı. Universiteti bitirdikdən sonra, 2006-cı ildə Azərbaycan Respublikası Daxili Qoşunların hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi xidmətdə olduğu müddətdə Azərbaycanın Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovla birlikdə döyüş yolu keçiblər. Xidməti uğurla başa vuran Elçin 2007-ci ildə təxris olunur. Elçin 2008-ci ildə dayısı qızı ilə ailə həyatı quran Elçinin bu evlilikdən 3 övladı dünyaya göz açır: Yusif, Duyğu və ailənin sonbeşiyi Uğur.
2012-ci ildə Elçin Sərhəd Qoşunlarının çevik hərəkət dəstəsində gizir rütbəsi ilə işə başlayan Elçin ilk illərdən kollektivin rəğbətini qazanır. 2016-cı ildə gedən aprel döyüşlərində Elçin könüllü olaraq döyüşdə iştirak etmək istəyir və döyüşə yollanır göstərdiyi qəhrəmanlıq, igidliyə görə 2018-ci ildə ölkə başçısı tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif edilir və baş leytenant rütbəsi alır. Bir il sonra eyni gündə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilir. 2020-ci ilin sentyabr ayının 27- də vətənimizin müdafiəsi uğrunda başlayan müharibəyə Elçin də könüllü yollanır və Murovdağ, Füzuli rayonun Böyük Bəhmənli kəndi istiqamətində gedən döyüşlərdə iştirak edir. Oktyabr ayının 13-ü yaralı yoldaşlarının köməyinə gedərkən Əzizov Elçin Əvəz oğlu iş yoldaşı Əliyev Malik Təvəkkül oğlu ilə birlikdə Cəbrayıl rayonu ərazisində zirehli maşında düşmən raketinə tuş gələrək, qəhrəmancasına Şəhidlik Zirvəsinə ucalır. Elçin 2020-ci il oktyabr ayının 15-i II Fəxri Xiyabanda Azərbaycan himninin sədaları altında dəfn edilir.
Dövlət Sərhəd Xidmətində xidməti zamanı –
1.“Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi” (1918-2013) yubiley medalı. DSX rəisinin əmri 26.06..2013
2.“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” (1919-2014) yubiley medalı. DSX rəisinin əmri 18.08.2014
3.“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal. DSX rəisinin əmri 26.06.2018
4.“Hərbi xidmətlərə görə” medalı. AR Prezidentinin sərəncamı 16.08.2019
5.“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” (1919-2019) yubiley medalı. DSX rəisinin əmri 18.08.2019
6.“Vətən uğrunda” medalı. AR Prezidentinin sərəncamı 16.08.2018
Baş leytenant Elçin Əzizov ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı, “Vətənə xidmətə görə” III dərəcəli ordeni, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhid Əzizov Elçin Əvəz oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Füzuli Mehrabzadə və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləBakıda ətin qiyməti rayonları geridə qoydu – Son qiymətlər
Növbəti məqalədəPaytaxtın bu yolları bağlı olacaq