Binəqədinin Mərkəzi Kitabxanasına ekskursiya – Fotolar

0
47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Binəqədi rayonunda yerləşən 102 saylı orta məktəbin 1a sinif şagirdlərinin Mərkəzi Kitabxanaya ekskursiyasını təşkil edib.

Kitabxanadan Bineqedi.info saytına verilən məlumata görə, uşaq şöbəsinin müdiri Səidə Sərdarova şagirdləri uşaq şöbəsi ilə yaxından tanış etdi. Şöbədə yeni təşkil olunmuş uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Aslanın sərgisi haqqında məktəblilərə məlumat verib.

bineqedi-kitabxana-ekskursiya

Məmməd Aslanın şöbəyə yeni daxil olmuş kitablarından məktəblilərə şeirlər oxunub.

Şöbədə təşkil olunmuş “Nağıl dünyası”, “Bacarıqlı əllər”, “Ekologiya aləmi”, “Uşaq hüquqları”, “Yol hərəkəti qaydaları”, “Tariximizi öyrənək, “Folklor nümunələri” sərgi və guşələri məktəblilərin marağına səbəb olub.
Eyni zamanda məktəblilər üçün “Nağıl saatı” təşkil olunub.

bineqedi-kitabxana-ekskursiya

Əvvəlki məqaləBinəqədidə “KamAZ” iki tələbəni vuraraq öldürüb – HADİSƏ ANI – VİDEO
Növbəti məqalədəBİNƏQƏDİ RAYONU: 267 nömrəli məktəb-lisey barədə məlumatlar