YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirildi – Fotolar

0
29

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında bu ilin 23 dekabr tarixində ölkəmizdə keçiriləcək V çağırış Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən Binəqədi rayonu bələdiyyələri üzrə namizədliyi irəli sürülmüş qadınlarla qadın seçicilərin görüşü keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, seçicilər, partiya fəalları iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov ölkəmizdə yaradılan seçki mühitindən, vətəndaşlarımızın seçmək hüququndan, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığından və namizədlər haqqında məlumat verib.

YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirildi - Fotolar

Qeyd edib ki, rayon təşkilatı ötən seçkilərdə olduğu kimi bu dəfəki Bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşaraq namizədlərlə seçicilərin silsilə görüşlərini təşkil edir.

Ramiz Göyüşov namizədlərə uğurlar arzu edib.

Bahar Muradovaya seçicilərlə keçirilən görüşdə iştirak etdiyinə görə təşəkkürünü bildirib.

Görüşdə YAP-ın Binəqədi qəsəbə Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva, Binəqədi Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı, Biləcəri Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, Biləcəri Bələdiyyəsinin sədr müavini Samirə Həsənova, Xocasən Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi, YAP Binəqədi rayon təşkilatının gənc fəalı Fidan Əhmədzadə, Rəsulzadə Bələdiyyəsi üzrə irəli sürülmüş namizədi Jalə Sadıqova çıxış edərək bildiriblər ki, seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi olaraq iştirak etmək qürurvericidir. Onlar bütün seçiciləri Yeni Azərbaycan Partiyasını namizədlərinə səs verməyə çağırıblar. Bələdiyyələrin qarşısında duran həlli vacib məsələlərə toxunaraq gələcəkdə bələdiyyələrdə təmsil olunacaqları təqdirdə həmin məsələlərin həlli istiqamətində səylə çalışacaqlarını, seçicilərin etimadını doğruldacaqlarını vurğulayıblar.

yap-bineqedi-secici2

Görüşdə geniş nitq söyləyən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova namizədlərə öz tövsiyyələrini verib.

Bahar Muradovanın sözlərinə görə, namizədlərin seçicilərlə silsilə görüşlərinin keçirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Bu görüşlər yerlərdə də davam etdirilməli, əhalini maraqlandıran məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılmalı, onların fikirləri dinlənilməlidir. Hər bir namizədin savadı, intellekti, dünya görüşü və siyas yetkinliyi ilə seçildiyini vurğulayan Bahar Muradova qarşıdan gələn seçkilərdə namizədlərə uğurlar arzulayıb. Onların parlaq qələbə qazanacaqlarına ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin seçicilər də çıxış edərək fikirlərini səsləndiriblər.

yap-bineqedi-secici2

Əvvəlki məqaləBİNƏQƏDİ RAYONU: 267 nömrəli məktəb-lisey barədə məlumatlar
Növbəti məqalədəBinəqədidə KamAZ-ın vurduğu gənclərlə bağlı YENİ faktlar – Ailənin yeganə övladı imiş