Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəbulu keçirilib – Fotolar

0
104

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər.

bineqedi-qebul
Qəbulda iştirak edən 7 nəfər sakin müraciətlərində işlə təmin olunmağa, evin təmirinə, yaşadığı evin qəzalı vəziyyətdə olması ilə bağlı köməklik göstərilməsi, maddi yardım göstərilməsi və s. problemlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

bineqedi-qebul
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev RİH-in səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanması, bəzi müraciətlərlə bağlı araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti şəxslərə tapşırıqlar verib.

bineqedi-qebul

bineqedi-qebul

Əvvəlki məqaləBu gün ümummilli lider Heydər Əliyevin anım günüdür
Növbəti məqalədəBinəqədi rayonunda ümummilli liderin anım mərasimi keçirilib – Fotolar