“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində püşkatma keçiriləcək – Fotomarafon

0
393
bineqedi-gencler

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyi sizi “Qış möcüzəsi” adlı fotomarafonda iştirak etməyə dəvət edir.

Bineqedi.info saytına verilən məlumata görə, fotomarafonda yaşı 14-29 olan həm professional, həm də həvəskar gənc fotoqraflar iştirak edə bilər.

  1. Fotomarafon gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviq edilməsi məqsədilə həyata keçirilir.
    2. Fotomarafonda yaşı 14-29 olan həm professional, həm də həvəskar gənc fotoqraflar iştirak edə bilər.
    3. Fotomarafona yalnız mobil telefonla çəkilən fotolar qəbul edilir.
    4. Fotomarafon aşağıdakı mövzuları əhatə edir:
    • Mənzərə
    • Memarlıq
    • Portret
    • Atributlar
    • Mətbəx
    • Yeni il nəfəsi
    5. Fotomarafon aşağıdakı qaydada həyata keçirilir:
    • Fotomarafonun püşkatma mərasimi 17 dekabr 2019-cu il tarixində saat 15:00-da “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində keçiriləcək.
    • İştirakçıların qeydiyyatı aparılacaq, mövzu seçimi ilə bağlı püşkatma keçiriləcək, hər bir iştirakçının məlumatları (adı, soyadı, təvəllüdü, whatsapp nömrəsi) və seçdiyi mövzu qeyd olunacaq, ardıcıllığa uyğun olaraq iştirakçı nömrəsi veriləcək.
    • Hər iştirakçı yalnız püşkatma zamanı seçilən mövzuda və yalnız bir foto təqdim edə bilər.
    • Fotomarafona 19 dekabr 2019-cu il tarixində saat 12:00-da START veriləcək və saat 15:00-a qədər davam edəcək.
    • FİNİSH vaxtı elan edildikdən sonra iştirakçılar çəkdikləri fotonu whatsapp vasitəsilə Binəqədi rayon Gənclər və İdman İdarəsinə təqdim etməlidirlər.
    Whatsapp: +994 77-228-00-70
    • Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən toplanılan fotolar mövzular üzrə qruplaşdırılıb, müəllifi haqqında məlumatlar göstərilməklə elektron formada Gənclər və İdman Nazirliyinə təqdim olunacaqdır.
  2. Təqdim olunan foto ilə bağlı 3-cü şəxsin məlumatlılığı və razılığı barədə cavabdehliyi foto müəllifi daşıyır.
  3. Fotomarafonda qeydiyyatdan keçən şəxs onun qaydalarının qəbul etmiş sayılır.
  4. Fotomarafon qaliblərinin seçimi Münsiflər heyəti tərəfindən həyata keçirilir.
Əvvəlki məqaləTərtərdə cinayət törədən şəxs Binəqədidə saxlanılıb
Növbəti məqalədəBinəqədidə evdə ər-arvadın meyiti tapıldı