Bakıda 82 yaşlı kişi itkin düşüb.
Bineqedi.info saytının “Report”a istinadən xəbərinə görə, hadisə dekabrın 21-də Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, A. F. Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında texniki işçi kimi çalışan 1937-ci il təvəllüdlü Abdulla İsgəndər oğlu Namazov səhər saat 05:00-06:00 radələrində yaşadığı Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanından çıxıb.
Onun geri qayıtmadığını görən yaxınları A.Namazovun işə gedib çatmadığını öyrəniblər.