Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 9 fevral 1996-cı il tarixli, 200 saylı sərəncamı və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 mart 1996-cı il tarixli, 149 saylı sərəncamına əsasən yaradılıb.
Bineqedi.info-nun məlumatına görə, Birliyin sədri Zamanov Elmin Elbəyi oğludur.
Elmin Zamanov ötən ilin noyabr ayında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Elxan Allahverdiyevin təqdimatı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən əmrə əsasən, bu vəzifəyə təyin olunub.
E.Zamanov gənc kadrdır, 15 ildir ki, təsərrüfat xidmətlərində çalışır. Bu təyinatadək
9 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub. Ailəlidir, iki ali təhsili var.
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində 10 Mənzil-Kommunal İstismar Sahəsi, Nəqliyyat Sahəsi və Təmizlik sahəsinin rəhbərlik orqanı kimi, hüquqi şəxs hüquqlarından istifadə edir, müstəqil balansa, bank hesablarına və digər hesablara malikdir.
Qismən büdcədən maliyyələşdirilməklə, təsərrüfat hesabı əsasında fəaliyyət göstərir.
Öz işində Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Binəqədi Rayon İcra Hakimiyyətinə tabedir.
Birlik öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Qanunlarını və digər normativ aktları, Bakı Şəhər İcra Hakimiyyətinin və müvafiq struktur bölməsinin qərar və sərəncamlarını, Binəqədi Rayon İcra Hakimiyyətinin qərar və sərəncamlarını, habelə 24 noyabr 1999-cu il tarixdə təsdiq olunmuş nizamnaməsini rəhbər tutur.
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məqsəd və vəzifələri aşağıdakılardır:
– Xidməti ərazisində yerləşən binalarda mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin mühəndis texniki qurğularının saxlanması və cari təmiri,
– Yaşayış binalarında yaşayış və qeyri-yaşayış sahələrini təyinatı üzrə istifadəsinə nəzarət etmək,
– Xidməti ərazisinin sanitar təmizliyini tabeliyindəki sahələrin gücü ilə təmin etmək
-xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının idarə olmaqla daşınmasını təşkil etmək,
– Əhali və müxtəlif obyektlərdən (iaşə, kommersiya, müxtəlif dövlət və qeyri-dövlət qurumlarından) göstərilən xidmətin haqqını yığıb, aidiyyatı üzrə ödənişi yerinə yetirmək,
– Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xidməti ərazisi və binaların dislokasiyası.
Birlik 61700 nəfərə xidmət etməklə, ərazisi 6, 7, 8, 9-cu mikrorayonları, Naxçıvani küçəsini, Dərnəgül yaşayış massivini, Biləcəri və Binəqədi qəsəbəsinin məhdud sahəsini əhatə edir.
Birliyin balansında 111 ədəd birmərtəbəli, 11 ədəd ikimərtəbəli, 2 ədəd üçmərtəbəli, 6 ədəd dördmərtəbəli, 86 ədəd beşmərtəbəli, 2 ədəd yeddimərtəbəli, 159 ədəd doqquzmərtəbəli, 5 ədəd onmərtəbəli, 6 ədəd on iki mərtəbəli, 7 ədəd on altı mərtəbəli və 1 ədəd on səkkiz mərtəbəli bina yerləşir.
Binəqədi rayon MKTB-nin struktur şöbələri
Birlikdə bir aparat və on iki sahə olmaqla, ümumilikdə 800-dən yuxarı işçi çalışır.
Aparat: rəis, baş mühəndis, rəisin müavini olmaqla dörd şöbədən (Ümumi, Mühasibatlıq, Mənzil Təsərrüfatının İstismarı və Kommunal Təsərrüfat şöbələri) ibarətdir.
Xidməti sahələri: 1 saylı MKİS, 72 saylı MKİS, 79 saylı MKİS, 80 saylı MKİS, 92 saylı MKİS, 95 saylı MKİS, 102 saylı MKİS, 106 saylı MKİS, 107 saylı MKİS, 108 saylı MKİS, Təmizlik Sahəsi və Nəqliyyat Sahəsindən ibarətdir.
Birliyin rəhbərliyi
– Birliyin rəisi: Zamanov Elmin Elbəyi oğlu
– Rəis müavini: Qasım Əbdürəhmanov
– Baş mühəndis: Vəli Əliyev
Ünvan: M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Məmmədov küçəsi 10
Telefon: 012 – 447-21-32
Faks: 012 -447-21-32
Rayon ərazisində Azərbaycan Dövlət Neft Şirkəti Sosial Xidmətlər İdarəsinin 5 və 6 saylı Mənzil-Kommunal İstismar Sahələri, 78 və 112 saylı Xüsusi Təyinatlı MKİS-ləri və Müdafiə Nazirliyinin Mənzil-Kommunal İstismar Sahəsi əhaliyə xidmət göstərir.
Qəbul qrafiki
Vəzifəsi | Soyadı,adı və atasının adı | Əlaqə telefonları | Qəbul gunləri və saatları |
Rəis | Zamanov Elmin Elbəyi oğlu | (012) 447-21-32 | II gün saat 1000-1300 |