Binəqədidə polislər mağazalardan fişəng və pirotexniki vasitələr götürüb

0
43

Polis əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan, əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bineqedi.info saytına verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Bakı şəhər sakini E.Məmmədovdan 4 qutu və R.Süleymanovdan 12 qutu pirotexniki vasitə aşkar olunraq götürülüb.

Bundan başqa, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə paytaxt sakini H.İsmayılovdan 193 ədəd pirotexniki vasitə, Ə.Gülməmmədovdan 10 ədəd yüksək alışdırıcı qabiliyyətinə malik fişəng, Xəta RPİ-nin 36-cı PB əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Masallı rayon sakini R.Şəmiyevdən 13 ədəd fişəng, 16 qutu pirotexniki vasitə, R.Mamedovdan 2 ədəd pirotexniki vasitə, Xətai RPİ-nin 37-ci PŞ əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Q.Qəhrəmanovdan isə 15 qutu pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Əvvəlki məqaləBinəqədidə yaşayan ailədə faciə: qısqanc ər…
Növbəti məqalədəBinəqədidə qızlar arasında üzgüçülük turniri keçirilib – Fotolar