Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə 25 dekabr 2019-cu il tarixində Bakı Tennis Akademiyasında qızlar arasında üzgüçülük turniri (brass və sərbəst üsulla) keçirilib.
Bineqedi.info xəbər verir ki, yarışa Bakı Tennis Akademiyasının müəllimi Sevda Qədimova hakimlik edib.
Turnirdə brass üsulu üzrə Fidan İsmayıl I yeri, Xədicə Usubova II yeri, Fərəh Yusifli III yeri, sərbəst üsul üzrə Nigar Mustafayeva I yeri, Nigar Nağısoy II yeri, Aylin İbrahimova III yeri tutub.
Qaliblər idarə tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə təltif ediliblər.