Binəqədi rayonu ərazisində yerləşən tarixi və müasir məscidlərin sayı çoxdur. Bineqedi.info saytı həmin məscidlərin fotolarını və onların tarixi ilə bağlı məlumatları təqdim edir.
Binəqədi rayonu 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Heydər məscidi 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.
Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb.
55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir. Məsciddə eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir.
Binəqədi qəsəbəsində yerləşən Came məscidi 1904-1914-cü illərdə qəsəbə sakinləri tərəfindən inşa edilib. Məscidin sahəsi 300 kvadratmetrdir.
Binəqədi qəsəbəsi G.Ramazanov küçəsi 105 ünvanında yerləşir. Rəhbəri Musayev Əbdülrza Mirzəqulu oğludur.
Biləcəri qəsəbəsi I məhəllə məscidi M. Abbasov küçəsində yerləşir. I məhəllə məscidi 2006-cı ildə inşa edilib. Məscidin sahəsi 100 kvadratmert təşkil edir.
Rəhbəri Eyyubov Mürşüd Səlim oğludur.
İrfan məscidi 8-ci mikrorayon, Ş. Məmmədov küç., 15-ci evin həyətində fəaliyyət göstərir.
İbadət yeri kimi 1999-cu ildə tikilib. 1999-cu ildən 2018-ci ilin mart ayından etibarən məscid kimi fəaliyyət göstərir.
Rəhbəri Ələkbərov Fuad Rafiq oğludur.
Məscid 6-cı mikrorayon M. Məmmədxan küçəsi 3215-ci məhəllədə yerləşir.
1999-cu ildə Abbas Mustafayev tərəfindən inşa edilib. Məscidin rəhbəri Mustafayev Orxan Abbas oğludur.
Bineqedi.info