Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər.
Qəbulda iştirak edən səkkiz nəfər sakin müraciətlərində tikintiyə icazə verilməsi, torpaq sahəsi ilə təmin olunmağa köməklik göstərilməsi, maddi yardım göstərilməsi, kanalizasiya xəttinin təmiri və s. problemlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev RİH-in səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanması, eyni zamanda, zərurət olduqda, araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə tapşırıqlar verib.