Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar görüşü keçirilib – Fotolar

0
62
vetendas-qebulu

9-cu mikrorayon ərazisində yerləşən 157 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar görüşü keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri iştirak ediblər.
RİH başçısı E.Allahverdiyev ötən ilin ölkəmiz üçün uğurlu il olduğunu, ölkəmizin hər bir sahəsinin sürətlə inkişaf etdiyini, Azərbaycanın dünya miqyasında özünü güclü bir dövlət kimi təsdiqlədiyini deyərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hazırda özünün davamlı inkişaf dövrünü yaşadığını bildirib.

RİH başçısı həmçinin, ölkə Prezidentinin qeyd etdiyi kimi, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının olduğunu və rayonda görülən bütün işlərin vətəndaş məmnunluğuna xidmət etdiyini, ötən illərdə olduğu kimi 2020-ci ildə də vətəndaşların istək və qayğılarına böyük diqqət yetiriləcəyini sakinlərin diqqətinə çatdırıb.

qebul-bineqedi
Mikrorayon sakinləri ölkə ərazisində, eləcə də, Bakı şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qeyd etdi ki, ölkə başçısının tapşırığına əsasən, Binəqədi rayonunda da sakinləri narahat edən problemlər hər zaman diqqətdə saxlanılır və ölkəmizin inkişafı fonunda bu məsələlər mərhələli şəkildə öz həllini tapacaqdır.

bineqedei-mktb

 

Əvvəlki məqaləBinəqədinin Xocasən qəsəbəsində ötən il hansı işlər görülüb? – Hesabat
Növbəti məqalədəBinəqədidə ər arvadını döyərək ona xəsarət yetirib