Binəqədinin Xocasən qəsəbəsində ötən il hansı işlər görülüb? – Hesabat

0
178
xocasen-bineqedi-xocesen-golu

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Xocəsən bələdiyyəsinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib.
Bineqedi.info saytının xəbərinə görə, hesabat tədbirində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Əlikram Haqverdiyev, Xocəsən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Turxan Quliyev və qəsəbə sakinləri iştirak ediblər.
Hesabat tədbirini giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışaraq sakinləri müzakirələrdə aktiv iştirak etməyə dəvət edib.

xocasen-bineqedi
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev və Xocəsən bələdiyyəsinin sədri Məhərrəm Əsgərov hesabat məruzəsi ilə çıxış edərək 2019-cu il ərzində qəsəbə ərazisində aparılan abadlıq-quruculuq işlərindən, ictimai sahədə həyata keçirilən tədbirlərdən bəhs etdilər, eyni zamanda sakinlərin diqqətinə çatdırılıb ki, qəsəbənin ən aktual problemlərindən biri hesab edilən yeni məktəb və uşaq bağçası binasının tikilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin məqsədyönlü işinin nəticəsi olaraq Sulu-təpə qəsəbəsində “Azərsu” ASC-nə məxsus torpaq sahəsindən 2,7 ha torpaq sahəsi ayrılıb.

xocasen-bineqedi1
Bundan əlavə məruzəçilər qəsəbə ərazisində mövcud problemlərdən bəhs edərək qəsəbədə içməli su təchizatı ilə bağlı pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi və yenidən qurulması, fərdi yaşayış evlərinin sənədləşdirilməsi, məhəllədaxili yolların asfaltlanması, qəsəbə ərazisindən keçən magistral avtomobil yollarında tez-tez baş verən qəzaların aradan qaldırılması məqsədi ilə müvafiq nişanların və radar qurğuların quraşdırılması, qəsəbə ərazisində əhalinin kütləvi tədbirlər evlərinin tikilməsi, küçələrin işıqlandırılması kimi tədbirlərin həyata keçirilməsinə ehtiyac olduğunu qeyd etdilər və bütün bu və digər məsələlərlə əlaqədar olaraq 2020-ci ildə qarşıya qoyulan məqsəd və vəzifələrin icrasını tam təmin etmək üçün öz qüvvə və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.
Daha sonra qəsəbə sakinlərinin təklif və şikayətləri dinlənilib və qaldırılmış problemlərin rayonun 2020-ci ildə sosial-iqtisadi inkişaf proqramına daxil edilməsi təklif olunub.
Sonda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov yekun nitqi ilə çıxış edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, istər bələdiyyələrin, istərsə də icra hakimiyyəti və nümayəndəliklərinin fəaliyyyətinin əsas istiqaməti vətəndaş məmnunluğunu təmin etmək olmalıdır, bu baxımdan sakinləri narahat edən məsələlər daimi nəzarətdə saxlanmalı və icrası məqsədilə müvafiq zəruri tədbirlər həyata keçirilməlidir.

Əvvəlki məqaləBinəqədili tələbə İtaliyada itkin düşüb – Atasından müraciət
Növbəti məqalədəElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar görüşü keçirilib – Fotolar