9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kəmaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir.
Bineqedi.info saytı Kamaləddin Nəsrəddin oğlu Qafarovun tərcümeyi-halı ilə bağlı məlumatları təqdim edir.
Kəmaləddin Qafarov 1976-cı il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.
1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y.H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib.
2005-сi ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb.
2013–cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib.
2014–cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib.
2014–cü il sentyabrın 17-də Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsinə təyin olunub.
2015-ci ilin noyabr ayının 1-də keçirilmiş Milli Məclis seçkilərində 9 saylı ikinci Binəqədi Seçki Dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür. Türkiyə, Gürcüstan, Braziliya, Lüksemburg, Səudiyyə Ərəbistanı, Latviya, Vyetnam, Avstraliya və Yeni Zelandiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Ailəlidir, 4 övladı var.
Biz də öz növbəmizdə seçiciləri fevralın 9-da keçiriləcək parlament seçkilərində aktiv iştirak etməyə və layiqli bildikləri namizədə səs verməyə dəvət edirik.
Bineqedi.info