Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 17 fevral 2020-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Şahin” hərbi-idman oyununun məktəbdaxili və yerli zona mərhələsinə hazırlıqla əlaqədar iclas keçirilmişdir.
Bineqedi.info xəbər verir ki, iclasda Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, rəis müavini Rüfət Əhmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti Mürsəl Qurbanov və Çağırışaqədərki hərbi hazırlıq və fiziki hazırlıq üzrə metodisti Rövşən Qasımov, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Elvin Quliyev, Rafiq Nəsirov, rayon orta ümumtəhsil məktəblərinin hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etmişdir.
İclasda “Şahin” hərbi-idman oyununun Əsasnaməsində edilmiş dəyişikliklər barədə məlumat verilmiş, hərbi hazırlıq və fiziki tərbiyə müəllimlərinin oyunun məktəbdaxili və yerli zona mərhələsinin keçirilməsi ilə bağlı sualları cavablandırılmışdır.
Ev Binəqədi gəncləri